Hava mühiti nümunəsinin götürülməsi və analizi xüsusi hazırlıq keçmiş, bu işlərin yerinə yetirilməsinə buraxılışı olan şəxslər tərəfindən həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
İş zonasının havasında olan zərərli maddələrin miqdarının yol verilən hədlərinə olan tələblər, yerləşməsindən asılı olmayaraq bütün iş yerlərinə şamil edilir.