İşlərin siyahısı (2-4, 6 və 7 №–li formalar) Arxiv işləri bölməsində mühafizə edilən arxiv işlərinin fərdi və yekun qeydiyyatının aparılmasını təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Daimi mühafizəsi üçün Arxiv işləri bölməsinə daxil olan işlərin siyahısına, fond vərəqinə uyğun olaraq, 1 rəqəmindən başlayaraq sıra nömrəsi verilir. Sonradan bu fond üzrə daxil olan daimi mühafizə edilən bütün işlərin siyahıları həmin nömrə ilə qeydiyyata alınır; 1 nömrəli siyahı üzrə qeydiyyata alınan işlərə arxiv nömrələri ümumi şəkildə, dördrəqəmli nömrəyə çatanadək verilir. Bu siyahıya salınmış işlərin sayı 4 rəqəmli ədədi keçdikdə, bu fond üzrə daimi mühafizə edilən işlərin siyahısına “2” nömrəsi verilir və yenidən 1-dən 4 rəqəmliyədək nömrə qoyulur. Bu qaydada yenə 4 rəqəmliyə çatdıqdan sonra siyahıya 3,4 və s. növbəti nömrələr verilir. Müvəqqəti mühafizə edilən işlər və siyahılar da ayrıca olaraq həmin qaydada uçota alınır.