Sənədlərin mühafizəsi üçün ayrılan sahə Arxiv işləri bölməsindəki sənədlərin real həcmi və bu bölmənin yeni sənədlərlə komplektləşdirilməsi perspektivliyi nəzərə alınmaqla müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Mühafizəxana (arxiv sənədləri mühafizə edilən otaqlar) digərlərindən yanmayan divarlarla və ən azı 2 saat ərzində odadavamlılıq gücünə malik olan maneələrlə ayrılmalıdır.