Ümumilikdə xəstəliyə görə məzuniyyət 3 aydan çox olmamalıdır. Xəstəliyə görə məzuniyyət başa çatdıqdan sonra hərbi-həkim komissiyası hərbi qulluqçunun hərbi xidmətə yararlılıq kateqoriyasını müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Müharibə dövründə hərbi qulluqçunun hərbi xidmət vəzifələrinin icrasına başlaya bilməsinə qədər keçəcək müddət 3 aydan artıq olduqda, hərbi-həkim komissiyası onun hərbi xidmətə müvəqqəti yararsızlığı və 6 — 12 aydan sonra təkrar şəhadətləndirilməsi haqqında qərar çıxara bilər.