Hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, təhsil müəssisələrinə daxil olan vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq və zəruri hallarda, digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Hərbi liseylərdə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində təhsil alan vətəndaşların sağlamlıq vəziyyətlərinə görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olmağa yararsız olduqları aşkar edildiyi halda, onlar həmin liseydə təhsil almağa yararsız hesab edilirlər.