İşçi mövqedə saxlama sistemindən istifadə edərkən həmişə sığorta sisteminə birləşdirilməlidir. Birləşdirmə anker kanatlarında və ya birləşdirici stroplarda hər hansı zəiflik olmadan həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Sığortalamaq məqsədi ilə birləşdirilən, sığortalayıcı kəmər və yarımsistemdən ibarət sığorta sistemi.
Sxemdə olan işarələr:
– anker xəttinin hər bir ucunda struktur ankeri;
– fərdi mühafizə vasitələrini bərkitmək üçün elastik kanatdan və ya struktur ankerlər arasında trosdan olan anker xətti;
– strop;
– amortizator;
– sığortalayıcı kəmər (qayışlı qoruyucu kəmər) sığorta sisteminin bir komponenti olmaqla, hündürlükdən düşmənin qarşısını almaq məqsədilə insan bədənini saxlayır və düşmə zamanı və ondan sonra bütövlükdə bədəni saxlamaq üçün müvafiq qaydada bərkidilmiş birləşdirici stroplar, toqqalar və elementləri özündə birləşdirə bilər.