Bu gün saat 15 radələrində Balakən rayonunun İtitala kəndində 1993-cü il təvəllüdlü Surac Ramazanovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil Allahverdi Osmanovun idarə etdiyi “VAZ-21011”lə toqquşub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Heftelik.az-a verilən məlumata görə, daha sonra isə avtomobil divara dəyib.
S.Ramazanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi başlanıb.