Ümumi icraatlı işlərin hər bir cildi siyahıda ayrıca iş kimi müstəqil arxiv nömrəsi ilə qeydiyyata alınır.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Xüsusi icraatlı işin hər bir cildinə eyni arxiv nömrəsi verilir və onlar sıra ardıcıllığı ilə nömrələnir. Belə işin arxiv şifri fondun, siyahının, işin və cildin nömrələrindən ibarətdir.