Siyahıya salınmış və salınmamış işlərin daxil olması barədə fond vərəqində qeydiyyatın hansı sənədlər əsasında aparıldığı açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Siyahıya salınmış və salınmamış işlərin daxil olması barədə fond vərəqində qeydiyyat aşağıdakı sənədlər əsasında aparılır:

-işlərin siyahısı (2-4, 6 və 7 №–li formalar);

-işlərin tapılması barədə akt (forma №-14);

-sənədlərin şərh edilməsi, siyahıların yenidən işlənilməsi barədə akt (forma №-15);

-qeydiyyat sənədlərində buraxılmış texniki səhvlər barədə akt (forma №-16);

-köhnə uçot formalı arxiv işlərinin qeydiyyat jurnalı və arxivə qəbul edilən işlərin arxivə göndərilmə məktubları.