Hərbi həkim komissiyalarında tibbi müayinələrin həyata keçirildiyi otaqlarda tibbi müayinə və yerində baxış proseslərinin video və səs qeydlərinin aparılması təmin olunur və həmin qeydlərin aparılmasının monitorinqi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən mütəmadi olaraq həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.