“c” bəndinə hərbi geyim formasını, ayaqqabı və ya sursat gəzdirilməsini çətinləşdirməyən, orqan və sistemlərin funksiyalarının pozulması ilə müşayiət olunmayan xoşxassəli yenitörəmələr və ya onların radikal cərrahi müalicəsinin nəticələri aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

Əməliyyatla düzəldilə bilən və funksiyalarının pozulması ilə müşayiət olunmayan ağız boşluğunun selikli qişasının, dodağın, tüpürcək vəzinin, üzün, yanağın (ölçüsü 4 sm2-dən az), boyunun, qulaq seyvanının, sümük oynaq sisteminin, aşağı və yuxarı ətrafların dəri və yumşaq toxumaların, süd vəzilərinin və s. hərbi geyim formasını, ayaqqabı və ya sursat gəzdirilməsini çətinləşdirməyən xoşxassəli yenitörəmələri.