Hərbi xidmətə (hərbi toplanışa) çağırılan vətəndaşların, hərbi xidmət keçməyən vətəndaşlar sırasından hərbi xidmətə könüllü daxil olan şəxslərin, hərbi liseylərə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan vətəndaşların, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların şəhadətləndirilməsinin keçirilməsi üçün yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə razılaşdırmaqla təsdiq etdiyi fərdi tərkibdə dövlət tibb müəssisələrinin həkim-mütəxəssisləri və orta tibb işçiləri cəlb edilirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.