Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldo dünyada 2024-cü ildə ən çox qazanan futbolçu olub.

Heftelik.az-ın məlumatına görə,  ABŞ-ın “Forbes” maliyyə-iqtisadi jurnalının versiyasına görə Ronaldonun cari ildə qazancı 285 milyon dollar təşkil edir.

İkinci yerdə “İnter Mayami”nin hücumçusu Lionel Messi qərarlaşıb. Onun gəliri 135 milyon dollar olacaq. İlk üçlüyü “Əl-Hilal”dan (110 milyon dollar) Neymar tamamlayır. Dördüncü yerdə “Əl-İttihad”dan Kərim Benzema (104 milyon dollar), ilk beşliyi isə “Real Madrid”dən Kilian Mbappe (90 milyon dollar) tamamlayır.