Xroniki fibroz və autoimmun tireoiditi olan şəxslər qalxanabənzər vəzinin funksiyasının pozulma dərəcəsindən asılı olaraq, “a”, “b” və ya “c” bəndi üzrə (funksiyaların pozulması olmadıqda, 12-ci maddənin “c” bəndi üzrə) şəhadətləndirilirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
“ç” bəndinə qalxanabənzər vəzidə, digər endokrin vəzilərdə operativ müdaxilələrdən sonrakı hallar, kəskin və yarımkəskin tireoiditlərin müalicəsindən sonrakı hallar aiddir. Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən vətəndaşlar 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər.