Gəncədə 5 mərtəbəli yaşayış binasında partlayış nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ölənlər 1960-ci il təvəllüdlü Mehriban Paşayeva və Xudaverdiyeva Könüldür.

 

Hadisə nəticəsində xəsarət alanlar Əliyeva Nüranə Şahin qızı, 1999-cu il təvəllüdlü Yusibova Firuzə Ələkbər qızı və 1991-ci il təvəllüdlü Orucov Bəxtiyar Əsəd oğludur.

***

Saat 07.54

 

Gəncədə binada partlayış baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə şəhər ərazisində qeydə alınıb.

5 mərtəbəli yaşayış binasında baş verən partlayış zamanı 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.