HAMAS-ın sabiq səhiyyə naziri Basem Naim hərəkatın Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldüyünü etiraf edib.
Heftelik.az-ın xəbərinə görə, bu barəd “The Times Of İsrael” məlumat yayıb.
O, öz bəyanatında Yəhya Sinvarın İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatlar zamanı öldürülməsini etiraf edib: “İsrail liderlərimizi öldürməklə bizim qarşımızı alacağına və bunun Fələstin xalqının mübarizəsinin sonu demək olduğuna inanırsa, səhv edir”.