İfadə olunma dərəcəsinə görə yüngül dərəcəli (hemoqlobin 120 q/l-dən 90 q/l-ə qədər), orta dərəcəli (hemoqlobin 90 q/l-dən 70q/l-ə qədər) və ağır dərəcəli (hemoqlobin 70 q/l-dən az) anemiyalar ayırd edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Hemolitik anemiyalar zamanı şəhadətləndirilmə anemiyanın ağırlıq dərəcəsindən asılı olaraq “b” yarımbəndi (orta ağır dərəcəli anemiya, kompensasiya mərhələsində) və ya “c” yarımbəndi (yüngül dərəcəli anemiya, kompensasiya mərhələsində) üzrə keçirilir.