Limanlarda gəmi agentinin fəaliyyət qaydası, onun hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən “Gəmi agenti haqqında Əsasnamə” ilə müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) sertifikatın alınması tələb olunur. Sertifikatın forması, qüvvədə olma müddəti, verilməsi və ləğv edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Sertifikatın alınmasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş dövlət rüsumu ödənilir.