İşə düşən amortizatorun maksimal uzunluğu əlavə olaraq istehsalçı tərəfindən hündürlükdən düşməyə qarşı fərdi mühafizə vasitələrinə aid istismar sənədlərində göstərilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Əgər stropda göstərilən ehtiyat hündürlük işçinin təhlükəsizliyini təmin etmək üçün kifayət etmirsə, bu halda təhlükəsizlik sistemi kimi anker xətti üzərində sürüngəc tipli mühafizə vasitələrindən və ya düşməyə qarşı dartıcı tipli mühafizə vasitələrindən istifadə edilməlidir.