Tağı Əhmədov vəfat etdi

18 Oktyabr 2024, 21:20

“Bakı Metropoliteni” QSC-nin sabiq sədri Tağı Əhmədov vəfat edib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə APA-ya  yaxınları bildirib.

Qeyd edək ki, Tağı Əhmədov 1 fevral 1949-cu ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olub.

1998–2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışıb.

2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri olub.

YAP İdarə Heyətinin 10 oktyabr 2021-ci il tarixində keçirilən iclasında partiyanın Veteranlar Şurasına üzv seçilib.