Dünən mənim doğum günü idi. O, mənim doğum günümə əbədi hədiyyə qoyub getdi.
Heftelik.az-ın məlumatına görə, bunu Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədova Oxu.z-a açıqlamasında deyib.
Onun sözlərinə görə, oktyabrın 18-i T.Əhmədovun xəstəliyinin 4-cü ili idi: “İnsanıq. Bütün hadisələr insanın başına gəlir. Heç kəs heç nə dən sığortalanmayıb, bilinmir 5 dəqiqədən sonra nə olacaq, sabah nə baş verəcək. Getdi, daha bir də qayıtmaz”.
Salatın Əhmədova bildirib ki, Tağı Əhmədov uşaq ürəyinə sahib biri olub: “Çox gözəl insan idi. Onu kobud, qaba adlandırırlar, amma onun ürəyi uşaq ürəyi kimi idi. Nə bilim. İncisə də, tez barışardı. Ailədə mehriban idi. Özü o cür xəstə idi, ancaq mənimlə maraqlanırdı. Səhhətimdə yaranan problemi soruşurdu”.
Qeyd edək ki, Tağı Əhmədov oktyabrın 18-i axşam saatlarında 75 yaşında vəfat edib.