Oktyabrın 19-da saat 21 radələrində Salyan rayon sakini Əziz Salayevin baş nahiyəsindən aldığı xəsarətlərdən nəticəsində ölməsi barədə polis şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Heftelik.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Elşən Səmədov saxlanılıb.
Araşdırmalar aparılır.
Qeyd edək ki, 1973-cü il təvəllüdlü Salayev Əziz Sərvənəli oğlunun gecə saatlarında T.Xəlilbəyli küçəsində meyiti aşkar edilib.