Quba şəhəri ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Əliqulu Nərimanov küçəsində “VAZ 2107” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində “Opel”in sürücüsü Natiq Qəhrəmanov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.