Arxiv işləri bölməsinin otaqlarının pəncərələri quruluş etibarı ilə bura kənar şəxslərin daxil olma təhlükəsini yaradırsa, onların üstündə açılıb-örtülən dəmir çərçivələr quraşdırılır və içəridən qıfılla bağlanaraq möhürlənir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Arxiv işləri bölməsində otaqların qapıları dəmirdən hazırlanmalı və ya üstü dəmir təbəqə ilə örtülməli, etibarlı qıfıllarla bağlanmalıdır.