Gənclər və İdman Nazirliyinin tabeliyindəki “Bakı Kristal Zalı” MMC-yə yeni direktor təyin edilib.
Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, bu Bahar Dadaşovadır.
O, şirkətin rəhbərliyində Natiq İbrahimovu əvəz edib.
“Bakı Kristal Zalı” 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır. Obyekt Nazirlər Kabinetinin 7 noyabr 2023-cü il tarixli qərarı ilə nazirliyin tabeliyinə verilib.