Tibb müəssisələrinin rəhbərləri ilə razılaşdırılmış həkim-mütəxəssislərin və orta tibb işçilərinin fərdi tərkibini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə razılaşdırmaqla təsdiq edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Çağırışaqədər yaş həddində olanların müvafiq kateqoriyalar üzrə şəhadətləndirilməsi ilkin hərbi qeydiyyata alma komissiyası tərəfindən ilkin hərbi qeydiyyat prosesi yekunlaşdırıldıqdan sonra aparılır.