İşlərin siyahısının hər nüsxəsində sonuncu qeydiyyatdan sonra yekun yazı aparılaraq, rəqəm və sözlə bu siyahı üzrə işlərin ümumi sayı (xüsusi icraatlı işlərin həm də cildlərinin sayı), mötərizə içində birinci və sonuncu işlərin nömrələri, liter və buraxılmış nömrələr, yazını aparan şəxsin imzası, vəzifəsi, tarix göstərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Eyni nömrəli siyahıların sonuncu vərəqində ümumi yekun yazısı tərtib olunur.