Sülh dövründə hərbi-həkim komissiyası xəsarətin, xəstəliyin xarakterindən və ağırlığından asılı olaraq, hərbi qulluqçuya xəstəliyə görə 15 gündən 60 günədək müddətə məzuniyyət verilməsi barədə qərar çıxarır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçunun xəstəliyə görə məzuniyyəti ayrı-ayrı hallarda 60 gündən artıq olmayaraq uzadılır.