İlkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşların, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə hərbi xidmətə könüllü daxil olan şəxslərin, hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan vətəndaşların, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların sağlamlıq vəziyyətinə tələblər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə göstərilmiş orqanlar tərəfindən birlikdə işlənib hazırlanır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.