İşlərin qeydiyyatdan çıxarılmasına əsas verən sənədlər açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
İşlərin qeydiyyatdan çıxarılmasına əsas verən sənədlər aşağıdakılardır:
– sənədlərin şərh edilməsi, işlərin siyahılarının yenidən işlənilməsi üzrə akt (forma №-15);
– sənədlərin məhv edilməsi üçün ayrılması barədə akt (forma №- 17);
– bərpaları mümkün olmayan sənədlər, işlər barədə akt (forma №- 18);
– tapılmayan və tapılması artıq mümkün olmayan işlər barədə akt (forma №- 19);
– işin Arxiv işləri bölməsindən götürülməsi barədə qərar.