Moldovada Qərbə soyuq duş

21 Oktyabr 2024, 08:43

Moldovada oktyabrın 20-dı keçirilən referendumda seçicilərin 51,8 faizi ölkənin Avropa İttifaqına qoşulmasının əleyhinə səs verib, 48,2 faizi isə bunu dəstəkləyib.

Heftelik.az-ın məlumatına görə, bu ilkin nəticələr Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən səslərin 95%-i sayılmasından sonra elan olunub.

Rerendumla bərabər Moldovada keçirilən prezident seçkilərində  isə qalib müəyyənləşməyib. Moldovanın hazırkı prezidenti Maia Sandu prezident seçkilərində 39,87%, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo isə 27,58% səs toplayıb. “Bizim partiya”nın lideri Renato Usatıy 13,74% səslə üçüncü yerdə qərarlaşıb.

Seçkinin nəticələrində sonrakı yerləri Qaqauziyanın keçmiş rəhbəri İrina Vlah (5,72%), sabiq prokuror Viktoriya Furtuna (4,76%), keçmiş baş nazirlər Vasili Tarlev (3,37%) və İon Çiku (2,19%) tutublar.

Qeyd edək ki, namizədlərdən heç birinin 50%-dən artıq səs toplamaması səbəbilə noyabrın 3-də seçkilərin ikinci turu keçiriləcək. İkinci turda isə seçkilərin birinci turunda ən yüksək nəticə əldə etmiş ilk iki namizəd prezidentlik uğrunda mübarizə aparacaq.

Beləliklə, artıq  referendumun nıəticəsi Moldovanın Avropa İttifaqına qoşulmasına faktiki veto qoyub. Digər tərədfən, birinci turu lider tamamlasa da, qərbyönümlü Maia Sandunun prezident seçkilərinin ikinci turunda qalib gələ biləəyi də artıq şübhə altında sayılır.