18-19 oktyabr tarixlərində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” ictimai birliyi tərəfindən Qəbələdəki Dövlət Peşə Təhsil Mərkəzlərində “Eko könüllü” gənclər arasında ekoloji maarifləndirmənin təşviq edilməsi adlı layihə baş tutub.
Təşkilatdan Heftelik.az-a verilən məlumata görə, əsas məqsədi gənclərin ekoloji biliklərini artırmaq, ekoloji şüuru inkişaf etdirmək və onların təbiətin qorunmasında aktiv rol oynamalarını təşviq etmək olan layihə, ekoloji təhsilin inkişafı, gənclərin ekoloji təşəbbüslərdə iştirakını stimullaşdırmaq və ekoloji problemlərin həllinə yönəlmiş fəaliyyətlərin təşviq edilməsi məsələlərini həyata keçirməyi hədəfləyir.
Gənclərə ekoloji məsələlər, ətraf mühitin mühafizəsi və davamlı inkişaf prinsipləri haqqında məlumat verilən layihə çərçivəsində iştirakçılar üçün müxtəlif təlimlər, seminarlar, tədbirlər və aksiyalar təşkil edilib.
Seminarda ekspert qismində çıxış edən Reyhan Məmmədova bir sıra maarifləndirici məqamlara toxunub. Seminarın sonunda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.
Həmçinin, layihə rəhbəri Vüsalə Hümbətli öz çıxışında deyib: “Bu layihə, gəncləri ekoloji məsələlərə cəlb etmək və onların aktiv iştirakını təmin etmək məqsədini güdür. Gənclərin ekoloji biliklərini artıraraq, gələcəkdə təbiətə daha məsuliyyətli yanaşmalarını təşviq etməyi planlaşdırır”.
Tədbirin növbəti mərhələsində gənc iştirakçılarla birlikdə təbiətə atılmış tullantılar səbəbilə çirklənməyə məruz qalmış ekoturizm yerlərinin təmizlənməsi işi təşkil edilib.
İki gün davam edən layihə çərçivəsində bir sıra ekoloji tədbirlər, təlimlər və yerli icmalarla əməkdaşlıq təşkil edilib. İştirakçılar, ekoloji problemlərin həllinə yönəlmiş layihədə yer alaraq, öz bilik və bacarıqlarını artırmaq imkanı əldə ediblər.