Ötən gecə Bakı-Qazax yolunun 246-cı kilometrliyində – Ucarın Alpout kəndinin ərazisində baş verən dəhşətli qəzada həyatını itirən və xəsarət alanların kimliyi müəyyənləşib.
Heftelik.az-ın Bakupost.az-a istinadən verdiyi məlumata görə, hadisə zamanı Ucarın Qazıqumlaq kənd sakini 1992-ci il təvəllüdlü Aytən Qüdəssərovanın idarə etdiyi “Peugeot” markalı avtomobili qarşıda gedən “KamAZ”a çırpılıb. Sonradan “Peugeut” markalı avtomobil tamamilə yanıb.
Nəticədə A.Qüdəssərova, sərnişinləri – Ucar rayon sakinləri 1961-ci il təvəllüdlü Gülsurə Hüseynova və 1986-cı il təvəllüdlü Asim Allahverdiyev hadisə yerində yanaraq ölüb. Digər sərnişin 2007-ci il təvəllüdlü Səma Qüdəssərova xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Bildirilir ki, qəzada həyatını itirən Asim Allahverdiyev Ucarda və ətraf rayonlarda meyxanaçı kimi tanınıb və Asim Ucarlı adı ilə fəaliyyət göstərib.