Gecə saatlarında yağan yağışın normadan dəfələrlə artıq yağması nəticəsində paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti, Bağırov korpüsünün ərazisində subasma qeydə alınıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Heftelik.az-a verilən məlumata görə, nəticədə sözügedən ərazidə hərəkət tam dayandırılıb.

Əraziyə Baki şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və aidiyyatı strukturların rəhbərləri gələrək əraziyə baxış keçirib, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb. Baki şəhər İcra Hakimiyyəti , paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır, şəhər ərazisində xüsusi riskli ərazilər müəyyən edilərək aramsız yağan yağışın fəsadları aradan qaldırılır.