Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs – 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə FHN məlumat yayıb.
***
saat 14.50
Bakının Sabunçu rayonu ərazisində sel sularının tunelə dolması nəticəsində iki nəfərin batdığı güman edilir.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, onlardan birinin – Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Batdığı ehtimal edilən digər şəxsin axtarışları davam edir.
Qeyd edək ki, hazırda ərazidə suyun çəkilməsi üçün işlər davam etdirilir.