Banklarda Riskləri İdarəetmə Komitəsi  risk iştahası bəyannaməsinə, risklərin idarə edilməsi  siyasətinə və qaydalarına, risk limitlərinə, habelə onlara dəyişikliklərə baxır və təsdiq olunmaq üçün Müşahidə Şurasına təqdim edir.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Həmçinin Riskləri İdarəetmə Komitəsi məcmu və ayrı-ayrı risk növləri üzrə bankın cari və gələcəkdəki risk iştahasına dair Müşahidə Şurasına təkliflər verir.