YN qrup materiallardan hazırlanmış yanğın əleyhinə mərtəbəarası örtüklər xarici divarlara aralıqsız birləşməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Yanğın əleyhinə örtüklər K1, K2 və K3 sinifli xarici divarları olan binalarda və yaxud örtük səviyyəsində şüşələnmiş binalarda, həmin divarlar və şüşələnmə ilə kəsişməlidir. Bina yanğın bölmələrinə bölündükdə, ən hündür və ən enli bölmənin divarı yanğın əleyhinə olmalıdır.