9 və daha cox mərtəbəli binalarda fasadların təhlükəsiz təmir və təmizlənməsi üçün elektrikötürücülü “inşaat səbəti”nin bərkidilmə imkanı nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Dam örtüyü səthi düz müstəvi şəklində olan 3 və daha  cox mərtəbəli binalar, suyun xarici yağış kanalizasiyasına axıdılması üçün daxili su novları sistemi ilə təchiz olunmalıdır. Yağış suları üçün kanalizasiya olmadıqda su yer səthinə axıdılmalıdır. Bu halda qış vaxtı boruların donmasının qarşısını almaq  üçün tədbirlər nəzərdə tutulmalıdır.