Cədvəldə hesabat dövrü üzrə göstəriciləri bank tərəfindən hesabat dövrü ərzində açılan hesabların, cəlb olunan müştərilərin sayı (mövcud və yeni), dövrün sonuna göstəriciləri isə dövrün sonuna müştəri və hesabların faktiki say göstəriciləri əks olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
“Bankın müştəri hesablarından köçürmələr və daxilolmalar haqqında statistik hesabat” cədvəlində (ÖS-Bank-6.2) bankın müştərilərinin cari hesablarından hesabat dövrü üzrə köçürmələrin sayı və həcmi əks olunur.