“Bankın cari hesab sahibi və ödəniş kartı istifadəçisi olan fiziki şəxs müştəriləri haqqında statistik hesabat” (Forma ÖS-Bank-16 – Əlavə №16) “Bankın fiziki şəxs müştəriləri haqqında statistik hesabat” (ÖS-Bank-16.1) və “Bankın FİN məlumatları əsasında eyniləşdirilən fiziki şəxs müştəriləri haqqında statistik hesabat” (ÖS-Bank-16.2) cədvəllərindən ibarətdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

“Bankın fiziki şəxs müştəriləri haqqında statistik hesabat” formasında (ÖS-Bank-16.1) cari hesab sahibləri və kart istifadəçiləri eyniləşdirmə üsulundan asılı olaraq, FİN məlumatları əsasında eyniləşdirilən rezident fiziki şəxslər, FİN-i olmadıqda şəxsiyyəti təsdiq edən sənədin nömrəsi əsasında eyniləşdirilən rezident fiziki şəxslər və qeyri-rezident fiziki şəxslərin sayı üzrə təsnifləşdirilir.