Göygöl Rayon Polis Şöbəsinə Gəncə Çayının rayon ərazisindən keçən hissəsində qadın meyiti olması barədə məlumat daxil olub.
Heftelik.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində həmin şəxsin Gəncə şəhər sakini, 1947-ci il təvəllüdlü, Ruhi-Əsəb Dispanserində qeydiyyatda olan Şərqiyyə Məmmədova olması müəyyən edilib.
Ekspertizanın rəyinə əsasən Ş. Məmmədova ürək tutmasından dünyasını dəyişib.