Havanın kondisiyalaşdırılması sistemi ilə təchiz edilmiş otaqların pəncərələrinin, işıq keçirən örtüklü içəri həyətlərə səmtləşdirilməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu zaman həmin pəncərələrin odadavamlılıq həddi E 30-dan az olmamalı və ya otağın daxilində, onların üzərində yerləşən avtomatik yanğınsöndürmə sistemi ilə mühafizə olunmalıdır. kitərəfli səmtlənmiş otaqlarda (üstü örtülü içəri həyətə və küçəyə) və yanğın söndürənlərin avtonərdivan və avtoqaldırıcılarla küçə tərəfdən içəriyə daxil ola biləcəyi halda, avtomatik yanğınsöndürmənin nəzərdə tutulmamasına yol verilir.