Havaya tozların və aerozolların ayrılması mümkün olan maket emalatxanaları və digər yerləşgələrdə, sorucu şkafdan çıxarılan havanın həcmi, şkafın hesabi boşluğunda hava hərəkətinin sürətindən asılı olaraq cədvəl 8.2-yə müvafiq olaraq müəyyən edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Cədvəl 8.2
| İşçi zonada zərərli maddələrin yol verilən həddi konsentrasiyası mq/m3 | Şkafın hesabi boşluğunda havanın hərəkət sürəti m/san |
| 10-dan artıq | 0,5 |
| 10-dan 0.1-ə qədər | 0,7 |
| 0.1-dən az | 1 |
| Qeyd. Havaya 1,2 və 3-cü sinif təhlükəli aerozol və toz buraxılması ilə müşayiət olunan işlər zamanı şkafın hesabi boşluğunda havanın hərəkət sürəti 1,2-1,5 m/san, partlayış təhlükəli maddələr üçün 1m/san qəbul olunmalıdır. | |
