“Banka məxsus ödəniş xidməti şəbəkəsində nağd pul vasitəsilə ödəniş əməliyyatlarının təyinatı haqqında statistik hesabat” formasında (Forma ÖS-Bank-10 – Əlavə №10) hesabat dövrü üzrə banka məxsus bankomatlar və özünəxidmət terminallarında nağd pul vasitəsilə ödənişlərin təyinatına görə sayı və həcmi haqqında məlumatlar əks olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Hesabat formasında bankomatlar və özünəxidmət terminalları üzrə ödəniş əməliyyatları Bakı şəhəri və regionlar üzrə təsnifləşdirilir.