Hər bina üçün inşaat konstruksiyalarının istilik mühafizəsi xarakteristikalarını və bina və avadanlıqların enerji istehlakı göstəricilərini əhatə edən istilik enerji pasportu tərtib olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Binanın və ya ayrıca otaq qruplarının istilik təchizatı mərkəzləşdirilmiş, (avtonom) və ya fərdi istilik mənbələrindən həyata keçirilə bilər. İstismar şəraitində binaların yükdaşıyan sisteminin və konstruksiyalarının möhkəmliyi və dayanıqlılığı təmin olunmalıdır.