Azərbaycanın rayonlarında oktyabrın 23-də Lənkəran-Astara bölgəsində fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, bəzi yerlərində leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.