Məsul iş icraçısı briqada üzvü sayılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
O, məsul iş rəhbərinin əmrlərini yerinə yetirir. Briqada işə buraxılan andan etibarən məsul iş icraçısı daim iş yerində olmalı və briqada üzvlərinin təhlükəsizlik tədbirlərini yerinə yetirməklə və işlərin icrasının texnologiyasına əməl etməklə, işlərinə fasiləsiz nəzarət etməlidir. Məsul iş icraçısı müvəqqəti olaraq iş yerini tərk etməli olduğu halda və öz vəzifələrini onu əvəz edə biləcək məsul iş rəhbərinə və ya naryad-buraxılış sənədi vermək hüququna malik işçiyə həvalə etmək imkanı olmadıqda, briqadanı iş yerindən çıxarmalıdır.