Ödəniş sistemi iştirakçısı ödəniş sistemində iştirak üzrə müqavilə bağlayan və ödəniş sisteminə dair qaydalar əsasında iştirakçı kimi tanınan şəxsdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Ödəniş xidməti şəbəkəsi ödəniş alətləri vasitəsilə ödəniş əməliyyatının aparılması, o cümlədən nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş xidməti təchizatçılarına məxsus avadanlıq və yaxud elektron platforma, o cümlədən bankomatlar, POS-terminallar, özünəxidmət terminalları, internet səhifə, mobil tətbiq və digər elektron şəbəkələrdir.