Prodüser Harvi Vaynşteyndə xroniki mieloleykoz aşkarlanıb.
Heftelik.az-ın Medicina-ya istinadən verdiyi məlumata görə, qalmaqallı prodüser hazırda həbsdədir və o həbsxana xəstəxanasında müalicə alır.
Mieloleykoz ilik xərçənginin çox nadir formasıdır.
Onun vəkilinin sözlərinə görə,ötən həftə Vaynşteyni çoxsaylı şikayətlərlə xəstəxanaya yerləşdiriblər. Onda şəkər, ürəyə su yığılma, eləcə də stenoz aşkarlanıb.Eləcə də onun kovidə yoluxması təsdiq edilib.
Prodüserə təcili ürək əməliyyatı da lazımdır.
Vaynşteyn 2020-ci ildə 23 illik həbs cəzasına məhkum edilib.
Prodüser yüzlərlə qadını cinsi istismar, şantaj və kinoya çəkilmək təklifləri ilə zorlama ittihamları üzrə həbs edilib.