Sabiq müşavir həbs olundu

22 Oktyabr 2024, 19:23

SOCAR Petroleum QSC rəhbərinin sabiq müşaviri, hazırda eyni şirkətdə böyük iqtisadçı vəzifəsində işləyən İlqar Əkbərli həbs edilib.

Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, o, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməkdə təqsirli bilinib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İlqar Əkbərli 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, İ.Əkbərli əvvəl xuliqanlıq cinayətinə görə məhkum edilib. Səbail Rayon Məhkəməsi ona 1 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.